Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, Buzovna qəsəbəsində 1980-ci il təvəllüdlü Fərman Ərəbxan oğlu Həsənov bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
www.RESMIXEBER.az

