Nazir Laçın yolundakı aksiyadan danışdı – VİDEO

Siyasət

“Təəssüf ki, işğal dövründə torpaqlarımızda Ermənistan tərəfindən təbiətimizə qarşı vandallıq törədilib. İstər meşələrimiz, istər çaylarımız, istərsə də yataqlarımız erməni vəhşiliyinin qurbanı olub. Törədilən ekosid nəticəsində dəymiş ziyanın hesablanması üçün monitorinq keçirilməsi vacibdir”.

resmixeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın əsas məqsədi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin talan olunmasının qarşısını almaqdır:

“Həmin ərazilərə monitorinq qrupunun daxil olması ilə bağlı irəli sürdüyümüz tələblərin yerinə yetirilməsi istiqamətində ciddi işlər davam etdirilir və biz buna nail olacağıq”.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir