
Gecə saatlarından etibarən Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) Moskvanı hədəf alan hücum cəhdi son bir neçə ilin ən irimiqyaslı hücumlarından biri olub.
Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin “Maks” platformasında dərc etdiyi məlumatlar əsasında apardığı hesablamalarda bildirilir.
Sobyaninin məlumatına görə, iyulun 19-u saat 20:30-dan etibarən Ukrayna ordusuna məxsus 400-dən çox pilotsuz uçuş aparatı Moskva bölgəsi istiqamətində hərəkət edib. Onların böyük hissəsi hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib, 85 dron isə Moskvaya yaxınlaşarkən məhv edilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, PUA hücumu nəticəsində Moskva vilayətində 1-i uşaq olmaqla, 10 nəfər xəsarət alıb.

