
Bakı. Trend:
“Mançester Siti” və İspaniya millisinin yarımmüdafiəçisi Rodri
karyerasını “Real Madrid”də davam etdirmək niyyətindədir.
30 yaşlı futbolçu 2027-ci ilin 30 iyununa qədər olan
müqaviləsinin uzadılması ilə bağlı ingilis klubunun heç bir
təklifini qəbul etməyib. Rodri Madrid komandasına qoşulmağa ümid
edir.
Oyunçu 2019-cu ilin yayından “Mançester Siti”də oynayır. Bu
müddət ərzində o, 298 oyun keçirib, 28 qol vurub və 32 məhsuldar
ötürmə edib.
Xatırladaq ki, Rodri 2026-cı il dünya çempionatının ən yaxşı
oyunçusu seçilib. Dünya çempionatının finalında İspaniya əlavə
vaxtdan sonra Argentinanı 1:0 hesabı ilə məğlub edib.

