Belçika millisinin baş məşqçisi ilə yollar ayrıldı

Baş səhifə

Bakı. Trend:

Belçika milli komandasının baş məşqçisi Rudi Qarsiya ilə yollar
ayrılıb.

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.




Tərəflər iyulun 31-də başa çatan müqaviləni yeniləməmək qərarına
gəliblər.

Qeyd edək ki, Rudi Qarsiya ötən ilin fevralından Belçika
yığmasına rəhbərlik edirdi. “Qırmızı şeytanlar” fransalı
mütəxəssisin rəhbərliyi altında DÇ-2026-nın 1/4 finalına qədər
irəliləyiblər. Komanda bu mərhələdə İspaniyaya məğlub olub.