
Bakı.Trend:
Ağsuda çətənə kolu yetişdirən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya
etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil
Nağıyev saxlanılıb.
Onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan
şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq
göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb,
A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

