PAŞA Kapital “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı investisiya şirkəti” seçilib

Baş səhifə

Bakı. Trend:

Yerli kapital bazarlarının aparıcı investisiya şirkəti PAŞA
Kapital beynəlxalq maliyyə nəşri Euromoney
tərəfindən keçirilən “Awards for Excellence 2026”
mükafat proqramı çərçivəsində “Azərbaycanın Ən Yaxşı
İnvestisiya Şirkəti”
nominasiyasının qalibi olub.

Dünyanın ən nüfuzlu maliyyə mükafatlarından biri hesab olunan bu
uğur PAŞA Kapitalın Azərbaycanın kapital bazarının inkişafına
verdiyi töhfənin, müştəriyönümlü yanaşmasının, innovativ
investisiya həllərinin və beynəlxalq standartlara əsaslanan
fəaliyyət modelinin qlobal səviyyədə olan növbəti təsdiqidir.

Kapital bazarlarının aparıcı iştirakçılarından biri kimi PAŞA
Kapital investisiya xidmətləri sahəsində təqdim etdiyi həllərlə
bazarın inkişafına töhfə verməyə, investisiya məhsullarını daha
əlçatan etməyə, fərdi və institusional müştərilər üçün uzunmüddətli
dəyər yaratmağa davam edir.

PAŞA Kapitalın Baş İcraçı Direktoru İsi
Mustafayev
bildirib:




“Euromoney kimi nüfuzlu beynəlxalq maliyyə nəşri
tərəfindən bu mükafata layiq görülmək PAŞA Kapital üçün həm böyük
qürur mənbəyi, həm də həyata keçirdiyimiz strategiyanın beynəlxalq
səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu uğuru
ötən dövrün nəticəsi olmaqla yanaşı, qarşıdakı mərhələyə dair daha
böyük məsuliyyət kimi qiymətləndiririk. Növbəti dövrdə əsas
məqsədimiz Azərbaycanın kapital bazarlarının davamlı inkişafına
töhfə vermək, investorlara geniş çeşidli alətləri təqdim etmək və
regionun aparıcı investisiya şirkətlərindən biri kimi mövqeyimizi
daha da gücləndirməkdir.”

PAŞA Kapital qarşıdakı dövrdə də strateji inkişaf
prioritetlərinə sadiq qalaraq məhsul və xidmət portfelini
genişləndirməyə, rəqəmsal imkanlarını inkişaf etdirməyə, müştəri
təcrübəsini daha da təkmilləşdirməyə və kapital bazarlarının
inkişafını dəstəkləyən innovativ həllərin tətbiqini davam
etdirəcək.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında ətraflı məlumat əldə etmək üçün www.pashacapital.az internet səhifəsinə
daxil ola və ya 1548 Çağrı Mərkəzi ilə əlaqə
saxlaya bilərsiniz.