
Bakı. Trend:
İlin birinci yarısında Almaniyada aviabiletlərin qiyməti ötən
ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Federal Statistika İdarəsinin məlumatında beynəlxalq reyslər
üzrə aviabiletlərin qiymətinin orta hesabla 8,5 faiz, ölkədaxili
uçuşlarda isə 9,5 faiz bahalaşdığı qeyd olunub. Ən yüksək qiymət
artımı Mərkəzi Amerikaya ekonom sinif reyslərdə (12,5 faiz) və
Avropa ölkələrinə uçuşlarda (11,5 faiz) qeydə alınıb. Asiya və
Avstraliya istiqamətində biletlər 4,9 faiz, Şimali Amerikaya
uçuşlar isə 3,7 faiz bahalaşdığı halda Afrikaya aviabiletlərin
qiyməti 12 faiz ucuzlaşıb. Xaricə paket turların qiyməti orta
hesabla 3 faiz, Almaniya daxilində təşkil olunan turlar isə 2,8
faiz bahalaşıb.
Aviabiletlərin bahalaşması İran müharibəsi zamanı Hörmüz
boğazının müvəqqəti blokadası nəticəsində aviasiya yanacağının
qiymətinin yüksəlməsi, aviaşirkətlərin tarifləri artırması və bəzi
marşrutları dayandırması, eləcə də Almaniyada tətbiq olunan yüksək
vergi və rüsumlarla əlaqələndirilir.

