Salyandakı qəzada ölən və yaralananların kimliyi məlum olub (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Salyan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən və
yaralananların şəxsiyyəti müəyyənləşib.

Trend-in
məlumatına görə, qəza nəticəsində Şorsulu kənd sakinləri Əhmədov
Elnur, Qasımov İlkin və Qasımov Nizami Həsənağa oğlu həyatını
itirib.

Hümbətov Əlifağa, Məmmədova Rəhmiyyə və Əsədov Vüqar isə
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya
yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

19:23

xxx




Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in
məlumatına görə, “VAZ-2106” və “Toyota Prado” markalı avtomobillər
toqquşub.

Qəza nəticəsində iki nəfər həyatını itirib, iki nəfər isə
müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.