HAMAS Qəzza və İordan çayının qərb sahili üçün liderlərini seçib

Baş səhifə

HAMAS hərəkatı Qəzza zolağında və İordan çayının qərb sahilindəki qrupların liderlərini seçib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, HAMAS-ın keçmiş media işlərindən məsul şəxsi Əli əl-Əmudi hərəkatın Qəzza zolağındakı rəhbəri seçilib.

Zaher Cəbarin isə HAMAS-ın İordan çayının qərb sahilindəki fəaliyyətlərinə rəhbərlik edəcək.