
Bakı. Trend:
Zərdabda 1,5 tona yaxın yabanı halda bitən narkotik tərkibli
xaş-xaş kolu məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər
nəticəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən
narkotik tərkibli bitkilər aşkar edilib.
Polis əməkdaşları tərəfindən ümumi çəkisi 1485 kiloqram olan
1990 ədəd xaş-xaş kolu məhv edilib.

