
Bakı. Trend:
Konqo Demokratik Respublikasında “Ebola” epidemiyası əvvəlki
epidemiyalarla müqayisədə daha sürətlə yayılır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru
Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, may ayının ortalarından başlayan epidemiya
nəticəsində 2073 yoluxma halı qeydə alınıb, 796 nəfər həyatını
itirib.
Qebreyesus qeyd edib ki, bu, tarixdə qeydə alınan üçüncü ən
böyük “Ebola” epidemiyasıdır və son bir ay ərzində əvvəlki bütün
epidemiyalardan daha sürətlə yayılıb.
ÜST rəhbəri bildirib ki, 2018-ci ildə Konqo Demokratik
Respublikasında baş verən “Ebola” epidemiyası zamanı 2000
təsdiqlənmiş yoluxma həddinə çatmaq üçün 10 aydan çox vaxt tələb
olunmuşdu. 2018-2020-ci illərdə ölkədə qeydə alınan ən ağır
epidemiyada isə təxminən 3500 yoluxma halından 2300-ü ölümlə
nəticələnmişdi.

