
Bakı.Trend:
ABŞ-İran arasında münaqişənin gərginləşməsi fonunda Hörmüz
boğazı yaxınlığında üzən daha bir gəmi hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət
Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, adı çəkilməyən tanker Oman sahillərindən 19 km
şərqdə naməlum mərmi ilə vurulub. İnsident nəticəsində ekipaj
üzvlərindən xəsarət alan olmayıb.
“UKMTO Omanın Xasab şəhərindən 19 km şərqdə baş vermiş insident
barədə məlumat alıb. Bildirilir ki, tankeri naməlum mərmi vurub və
nəticədə gəminin sol bortunun konstruksiyasına cüzi ziyan dəyib.
Ekipajın bütün üzvləri təhlükəsizdir… Ətraf mühitə hər hansı
təsirlə bağlı məlumat daxil olmayıb”, – deyə UKMTO-nun
açıqlamasında bildirilir.

