Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 4930 nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak
olanların sayı 4 930 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Assambleyasının (parlament) sədri Xorxe
Rodriqes özünün “Telegram” kanalında məlumat verib.




X. Rodriqesin dərc etdiyi hökumətin gündəlik hesabatına əsasən,
16 740 nəfər xəsarət alıb, 17 907 nəfər isə evsiz qalıb. Təbii
fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi
zədələnib.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib,
35 781 nəfər tibb müəssisələrində müalicə alıb. Bundan əlavə, 128
324 ailəyə yardım göstərilib, 21 210 nəfər 107 müvəqqəti düşərgədə
yerləşdirilib, zərərçəkənlərə isə 10 063 ton ərzaq çatdırılıb.