
Bakı. Trend:
ABŞ-nin İranın Bəndər Xomeyni şəhərinə endirdiyi zərbələr
nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hücum zamanı daha 9 nəfər yaralanıb. Xilasetmə və
təcili tibbi yardım xidmətləri hadisə yerində fəaliyyətini davam
etdirir.
Bildirilib ki, zərbələr nəticəsində iki körpüyə ziyan dəyib.
Bəndər Abbas–Lar avtomobil yolunda nəqliyyatın hərəkəti
məhdudiyyətlərlə bərpa olunub və sürücülərə həmin marşrutdan
istifadə etməmələri tövsiyə edilib.

