
Bakı.Trend:
ABŞ yenidən İranın qərbində yerləşən Veysiyan şəhərinə zərbələr
endirib. Bu barədə ISNA agentliyi məlumat yayıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana
qarşı növbəti silsilə zərbələrin endirildiyini bildirib.
İran KİV-i Bəndər-Abbas və Keşm adası yaxınlığında
partlayışların baş verdiyini xəbər verib. Hücumlara həmçinin Əhvaz,
Buşehr, Bəndər-Xomeyni, Bəndər-Lenge, Veysiyan, Çabahar və İranşəhr
hava limanı da məruz qalıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

