ABŞ İrana növbəti zərbələr seriyasını başa çatdırıb – CENTCOM

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti zərbələr seriyasını
uğurla başa çatdırıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi
Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.




“Birləşmiş Ştatların qırıcı təyyarələri, pilotsuz uçuş
aparatları və hərbi gəmiləri yüksək dəqiqlikli sursatlardan
istifadə edərək İranın sahil kəşfiyyatı və hava hücumundan müdafiə
obyektləri, hərbi logistika infrastrukturu və dəniz obyektləri də
daxil olmaqla onlarla hərbi hədəfi vurub. Bu, ABŞ-ın İrana ardıcıl
altıncı gecə endirdiyi zərbələr olub”, – deyə bəyanatda
bildirilir.

Bəyanatda vurğulanıb ki, “Ali Baş Komandanın göstərişi ilə
CENTCOM qüvvələri İranın hərbi potensialını zəiflətməyə davam edir
və onu kommersiya gəmiçiliyinə qarşı son hücumlara görə məsuliyyətə
cəlb edir”.