Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin danışıqları başlayıb

Baş səhifə

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər.

XİN rəhbərləri daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar.

Danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlərinin müzakirə olunacaq.

Xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.