Bakı. Trend:
Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik əlaqələrin
kəsildiyini açıqlayıb.
Bu barədə Nikaraqua Xarici İşlər Nazirliyinin “El19 Digital”
portalının istinad etdiyi rəsmi açıqlamada bildirilib.
“İtaliya Respublikasının Xarici İşlər Naziri Antonio Tajaninin
Nikaraqua xalqını və hökumətini təhqir edən əsassız, aqressiv və
məsuliyyətsiz açıqlamalarını nəzərə alaraq, İtaliya hökumətinə və
xüsusən də nazir Tajaninə İtaliya hökuməti ilə bütün diplomatik
münasibətlərin kəsilməsi barədə məlumat veririk”, – deyə açıqlamada
qeyd edilib.

