Türkiyədə sosial şəbəkə fenomeni saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Türkiyədə sosial media fenomeni Oğuzhan Uğur saxlanılıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən aparılan istintaqın
predmeti barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

“Ahbap Dərnəyi”nə verdiyi dəstəklə tanınan Uğur bu gün səhər
saatlarında Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları
tərəfindən Çəkməköydəki evində saxlanılıb.




“Ahbap Dərnəyi” Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət
təşkilatı (QHT) və xeyriyyə fondudur. O, 2017-ci ildə müğənni və
ictimai xadim Haluk Levent tərəfindən yaradılıb.

Bundan əvvəl “Ahbap” Dərnəyi ilə bağlı istintaq başlanılmış və
Haluk Levent daxil olmaqla 14 nəfər həbs olunmuşdu. Onlar barəsində
həbs qətimkan tədbiri seçilib.

İlkin istintaq nəticəsində müəyyən edilib ki, şübhəlilərin
maliyyə profillərinə uyğun gəlməyən iri məbləğli pul dövriyyəsi
mövcud olub, onlar arasında yüksək məbləğli pul köçürmələri həyata
keçirilib, qumar və mərc hesablarına böyük məbləğlər köçürərək mərc
oyunlarında iştirak edib və bu yolla külli miqdarda vəsait
itiriblər.