Avropa Liqası: “Qarabağ” növbəti mərhələyə yüksəlib

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab
oyununu keçirib.

Ağdam təmsilçisi İslandiyada “Vestri”nin qonağı olub. Bakıdakı
ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu
səfərdə də eynihesablı nəticəyə imza atıb – 3:0.




Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan
görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro
Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın
MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.