Belarusdan Azərbaycana kommunal və yanğınsöndürmə texnikası tədarük ediləcək (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusun Baş naziri
Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun
kommunal və yanğınsöndürmə texnikasının Azərbaycana tədarükü ilə
bağlı yeni müqavilə imzalanıb.

Bu barədə Trend-ə Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin
Mətbuat xidmətindən məlumat verilib.

Sənədə əsasən, Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə
Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı
kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli
razılığa gəliblər.




Sənədi Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar
Fətiyev, BELAVTOMAZ holdinqinin idarəedici şirkəti olan MAZ ASC-nin
baş direktoru Valeri İvankoviç və POZHSNAB MMC-nin direktoru Oleq
Deryabin imzalayıblar.

Qeyd edilib ki, bu sənəd Azərbaycan Fövqəladə Hallar
Nazirliyinin 2024-cü ilə qədər uğurla həyata keçirilən
avadanlıqların təchizatı layihəsinin davamıdır.