
Bakı.Trend:
İki həftədən sonra Moskvanı misli görülməmiş sayda ağcaqanad
bürüyə bilər.
Bunu “Moskva” agentliyinə Ümumrusiya Təbiətin Mühafizəsi
Cəmiyyətinin Moskva vilayəti üzrə icraçı direktoru Yaroslav Volpin
deyib.
Mütəxəssisin sözlərinə görə, iyulun ilk yarısında Moskva
regionunda ağcaqanadların sayı 2025-ci ilin eyni dövrü ilə
müqayisədə daha az olub. Lakin bu, yalnız “fırtınaqabağı
sakitlikdir”. O bildirib ki, yüksək temperatur davam edərsə, təbiət
yaxın iki həftə ərzində bu fasiləni kompensasiya edəcək.
Y.Volpin qeyd edib ki, mövcud vəziyyət hava şəraitində yaranmış
paradoksla bağlıdır. Onun sözlərinə görə, ağcaqanadların uğurla
çoxalması üçün təkcə yüksək temperatur deyil, həm də durğun su
hövzələrinin olması vacibdir. May və iyunun əvvəlində regionda
anomal istilər müşahidə olunsa da, yağıntılar qeyri-bərabər
paylanıb.
Yağan leysanlar sabit müvəqqəti su hövzələrinin yaranmasını
təmin etməyib, çünki rütubət sürətlə buxarlanıb. Nəticədə
ağcaqanadların çoxaldığı gölməçələr, su çəlləkləri və müvəqqəti su
hövzələri sürfələrin inkişaf dövrü (5–10 gün) başa çatmamış
quruyub.

