
Bakı.Trend:
ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya
çempionatında (DÇ2026) , oyunsonrası penalti seriyaları da daxil
olmaqla, vurulmayan 11 metrlik cərimə zərbələrinin sayına görə yeni
rekord qeydə alınıb.
Bu barədə “Sky News” telekanalı idman analitikasi sahəsində
fəaliyyət göstərən “Opta” şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, cari mundialda futbolçular təyin olunan 60
penaltidən, o cümlədən oyunsonrası seriyalarda, cəmi 39-nu dəqiq
yerinə yetiriblər. Bildirilir ki, bu, son 60 ildə belə
statistikanın aparıldığı dövrdə ən aşağı göstəricidir.
Penalti zərbələrini qaçıranlar arasında Fransa millisinin
hücumçusu Kilian Mbappe və Argentina yığmasının forvardı Lionel
Messi kimi top-ulduzlar da yer alır. Messi eyni dünya çempionatında
iki dəfə penalti qaçıraraq antirekorda imza atıb.

