Keyn İngiltərə millisinin dünya çempionatında ən çox qol vuran oyunçusu oldu

Baş səhifə

Bakı. Trend:

İngiltərə millisinin hücumçusu Harri Keyn futbol üzrə dünya
çempionatının qrup mərhələsinin üçüncü turunda Panama yığmasına
qarşı keçirilən oyunda fərqlənərək turnir tarixində milli
komandanın ən məhsuldar bombardiri olub.

O, dünya çempionatlarında vurduğu qolların sayını 11-ə çatdırıb.
Bununla da Keyn indiyədək bu göstəricidə birinci yeri bölüşdüyü
Qari Linekeri geridə qoyub.




Beləliklə, Harri Keyn dünya çempionatları tarixinin ən yaxşı
bombardirləri sırasında ilk onluğa daxil olub. Macarıstanlı Şandor
Koçiş və almaniyalı Yurgen Klinsmann da mundiallarda 11 qol
vurublar.