Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə
mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik
sahibkarların sayı 282-yə çatıb.

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) daha 14 müraciət daxil olub.
Müraciətlərə “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər
Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin
verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap”
şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb.

“Startap” şəhadətnamələri “İşhesabı” MMC-nin bulud əsaslı ERP
(müəssisə resurslarının idarəetmə sistemi) platforması, “Bonfi”
MMC-nin rəqəmsal imtiyazlar həlli, “Qalan” MMC-nin məktəblilər üçün
riyaziyyat təmayüllü onlayn təhsil platforması, “Splus az” MMC-nin
ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, “Vexvon”
MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış
avtomatlaşdırma platforması, “Anacan” MMC-nin qadınlar üçün
rəqəmsal bələdçi, “Chevvick Solutions” MMC-nin mobil ödəniş
platforması, “Too Far Logistics and Consulting” MMC-nin kommersiya
təşkilatları arasında müqavilə münasibətlərinin elektron
idarəedilməsi, imzalanması və arxivləşməsi platforması, “S2 Studio”
MMC-nin mobil restoran rezervasiya platforması, “Viralix” MMC-nin
süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam
idarəetmə platforması layihələri üçün təqdim edilib.




“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi