Moldova MDB-ni tərk edir

Baş səhifə

Bakı. Trend:

MDB-nin Baş katibi Sergey Lebedev Moldovanın təşkilata üzvlükdən
çıxması prosedurunun başladıldığını bəyan edib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, “Müstəqil Dövlətlər Birliyinin 35 ili: nəticələr,
vəzifələr, perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış
edən Lebedev bildirib ki, Moldova artıq bununla bağlı rəsmi
bildiriş təqdim edib.




“Bu proses bir il davam edəcək. Bununla yanaşı, Kişinyovdan MDB
çərçivəsində iqtisadi əməkdaşlıqda qalmaq istədikləri barədə də
müraciət daxil olub”, – deyə Lebedev bildirib.

Xatırladaq ki, aprelin 2-də Moldova parlamentinin deputatları
son oxunuşda Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında
baza sazişinin ləğv edilməsinə səs veriblər.