İsrail ordusu Livanın cənubunda Hizbullahın 20 hədəfinə hücum edib

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri gün ərzində Livanın cənubundakı “Hizbullah” hərəkatının 20 hərbi hədəfinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbu
xidməti bildirib.




“Bazar günü İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir
neçə ərazidə 20 terrorçu hədəfinə zərbə endirib”, – deyə
bildirilib.

Hücum edilən hədəflər arasında “Hizbullah”ın qərargahları və
silah anbarları olub.