Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)

Baş səhifə

Bakı. Trend

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 103 il
ötür.

Trend-in
məlumatına görə, ölkə ictimaiyyətinin nümayəndələri hər il olduğu
kimi, bu dəfə də Fəxri xiyabana axışaraq, Ümummilli Liderin
məzarını ziyarət edir, xatirəsinə dərin hörmət və ehtiramlarını
bildirirlər.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli
siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər
sırasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları – Vətən
müharibəsi qazilərini, hərbçiləri, dövlət təşkilatlarının
nümayəndələrini, elm və mədəniyyət xadimlərini, müharibə və əmək
veteranlarını və başqalarını görmək olar.




Fəxri xiyabana gələn çoxsaylı ziyarətçilər Ümummilli Liderin
məzarı üzərinə gül dəstələri qoyurlar.

FOTO – Arif Quluzadə