Bakı. Trend:
Honkonq şirkətlərinə məxsus və ya onlar tərəfindən idarə olunan
Honkonqda qeydiyyatdan keçmiş təxminən 100 gəmi Hörmüz boğazında
iliş qalıb.
Trend-in məlumatına görə, bu barədə Honkonq Gəmi Sahibləri
Assosiasiyasının sədri Riçard Hekst bildirib.
“Söhbət 100 gəmidən gedir və nəzərə alsaq ki, onların hər
birində təxminən 23 dənizçi var, onda buradan irəli gəlir ki,
Honkonq gəmilərində 2300 dənizçi ilişib qalıb”, – deyə o
bildirib.
“Əgər Hörmüz boğazında qalan bir gəminiz varsa, onu çıxarmağa
çalışmaq çox risklidir, çünki kiminsə ona atəş açması ehtimalı
var”, – deyə o əlavə edib.

