Ağdamda ağır yol qəzası baş verib – Ölənlər var

Baş səhifə

Ağdam. Trend:

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş
verib.

Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə rayonun Xıdırlı kəndi
istiqamətində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik
avtomobili ilə “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı 4 nəfər hadisə yerində həyatını itirib, daha 3 nəfər
isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralıların
təxliyəsi üçün əraziyə təcili tibbi yardım briqadaları
göndərilib.




İlkin məlumatlara əsasən, həyatını itirən şəxslərin hərbçi
olduqları bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.