
Bakı. Trend:
“Apple” və “Intel” şirkətləri iPhone üçün bəzi çiplərin
istehsalı ilə bağlı ilkin razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, şirkətlər bir ildən çoxdur ki, intensiv
müzakirələr aparır və son aylarda rəsmi razılaşma əldə edilib.
Bu xəbərdən sonra “Intel” səhmləri 15%, “Apple” səhmləri isə
təxminən 1,7% bahalaşıb.
ABŞ hakimiyyəti danışıqlarda əsas rol oynayıb . Donald Tramp
administrasiyası yerli yarımkeçirici istehsalını genişləndirməkdə
və Amerika mikroelektronika sənayesini gücləndirməkdə maraqlıdır.
Administrasiyanın sözçüsü bildirib ki, hökumət ümumiyyətlə ABŞ-ın
ən böyük çip istehsalçılarından biri kimi “Intel”i dəstəkləməyə
sadiqdir.
“Intel”in “Apple” üçün istehsal edəcəyi dəqiq komponentlər
hələlik açıqlanmayıb. Hər iki şirkət şərh verməkdən imtina
edib.


