
Bakı. Trend:
ABŞ Avropadakı Amerika qoşunlarının gələcək sayı ilə bağlı qərar
verərkən İranla müharibə zamanı NATO müttəfiqlərinin hərəkətlərini
nəzərə alacaq.
Trend xəbər
verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
“Avropaya qoşun yerləşdirməyin əsas səbəblərindən biri güc,
birlik nümayiş etdirmək idi. İndi isə bunun əksini görürük. Ən azı
bəzi NATO üzvləri üçün belə deyil və bu narahatlıq doğurur. Bu
məsələyə diqqət yetirilməlidir. Amma nəticə etibarilə son qərar ABŞ
prezidenti Donald Trampındır”, – deyə dövlət katibi bildirib.
Rubio əmin olduğunu bildirib ki, NATO daxilində ABŞ qüvvələrinin
yenidən yerləşdirilməsi üçün həmişə bir plan olub. Daha geniş
dəyişikliklərin olacağı ilə bağlı isə hələlik heç nə dey bilmərəm”,
– deyə o qeyd edib.
Rubio həmçinin qeyd edib ki, müttəfiqlər Amerika resurslarının
sonsuz olmadığını başa düşməlidirlər:
“Dünyanın ən güclü ölkəsi ola bilərik və ən əhəmiyyətli
resurslara da sahibik. Lakin resurslarımız sonsuz deyil”.

