Xarici bank kartları ilə də metroda və avtobuslarda ödəniş etmək mümkün oldu

Baş səhifə

Bakı.Trend:

Metroda və avtobuslarda xarici bank kartları ilə ödənişlər
mümkün oldu.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən
(AYNA) və “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Yenilik may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumu (WUF13) ərəfəsində həyata keçirilən tədbirlərdən biri
olmaqla, xüsusilə şəhərimizə gələn xarici vətəndaşlar və turistlər
üçün əlavə üstünlüklər yaradır. Belə ki, onlar artıq yerli ödəniş
vasitəsi əldə etmədən, mövcud bank kartları ilə avtobuslardan və
metropolitendən istifadə imkanına malikdirlər.

Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə
ödəniş mümkün idi.




Qeyd edək ki, NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu,
sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət
keyfiyyətini artırmağa da imkan verir.

Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə
şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə
edilir.

İctimai nəqliyyatda bu yeniliyə “K-Group” (BakıKart) şirkəti və
banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.