Bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma aparılır (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin
zəhərlənməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara
cavab olaraq bildirilir ki, aprelin 28-də paytaxtın Xətai rayonu
ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif
Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü
yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai
rayon prokurorluğunda araşdırma aparılır.

xxx
15:26

Qonaq getdiyi evdə dəm qazından zəhərlənən 14 yaşlı qız
xəstəxanada müalicədən imtina edib.




Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, dünən saat 21:50 radələrində 2012-ci il
təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya
şöbəsinə hospitalizasiya olunub. Ona dəm qazının toksiki təsiri
diaqnozu təyin edilib və ilkin tibbi xidmətlər göstərilib.

“İxtisaslı tibbi xidmətin göstərilməsindən imtina edilib”, –
məlumatda vurğulanıb.

Qeyd edək ki, hadisə dünən Xətai rayonu R.Bağırov küçəsindəki
evlərin birində baş verib. Neftçala rayon sakini 2009-cu il
təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş
rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini
2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında
dəm qazından zəhərlənib,19 yaşlı oğlan hadisə yerində ölüb.