Yaponiya ASEAN üzvlərinə neft alışına kömək etmək üçün 10 milyard dollar ayıracaq

Baş səhifə

Bakı. Trend:

Tokio Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN)
üzvlərinə bu ölkələrdən Yaponiyaya tibbi ləvazimatların fasiləsiz
çatdırılmasını təmin etmək üçün 10 milyard dollarlıq neft yardımı
göstərməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “NHK” televiziya kanalı
xəbər verib.




Məlumata əsasən, müvafiq qərar çərşənbə günü Yaponiyanın Baş
naziri Sanae Takaiçi tərəfindən ASEAN üzvləri ilə yanaşı
Yaponiyanın da daxil olduğu Asiya Sıfır Emissiya Birliyinin (AZEC)
üzvləri ilə onlayn sammit zamanı açıqlanacaq.

Bildirilib ki, maliyyələşdirmə Yaponiya Beynəlxalq Əməkdaşlıq
Bankı (JBIC) vasitəsilə təmin ediləcək. Bu tədbirin əsas məqsədi
Asiya ölkələrində istehsal bazasının qorunmasıdır.