
Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu Livanın cənubundakı
İsrail qoşunlarının mövqelərini ziyarət edib.
Trend-in
məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti
bildirib.
Bildirilib ki, baş naziri bu səfərdə İsrailin müdafiə naziri
İsrael Kats, Ordunun Baş Qərargah rəisi general-leytenant Eyal
Zamir və Şimal Hərbi Dairəsinin komandanı general-mayor Rafi Milo
müşayiət edib.
Səfərdən sonra Netanyahu “Hizbullah” təşkilatının hərbi qanadına
qarşı kampaniyanı davam etdirmək niyyətində olduğunu açıqlayıb. “Müharibə, o cümlədən bir müddət əvvəl olduğum Livandakı
təhlükəsizlik zonasının daxilində davam edir”, – deyə o
bildirib.

