Bakı. Trend:
Rumıniya yığmasının baş məşqçisi Mirça Luçesku millinin məşqi
zamanı huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya
yerləşdirilib.
Trend xəbər verir
ki, bu barədə “A Bola” məlumat yayıb.
80 yaşlı M.Luçesku qısamüddətli ürək dayanması da yaşamış ola
bilər. Rumıniya Futbol Federasiyasının nümayəndəsi bildirib ki,
hazırda baş məşqçinin vəziyyəti stabildir.

