Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə
yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub və yanğınsöndürənlərin çevik
müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salon
və mühərrik hissəsi, yaxınlıqda dayanmış “BMW” markalı avtomobilin
isə arxa hissəsi qismən yanıb. Avtomobillərin qalan hissəsi və
yaxınlıqdakı digər avtomobillər yanğından qorunub.

