
Bakı. Trend:
ABŞ Ukrayna üçün planlaşdırılmış silahların Yaxın Şərqə
göndərilməsi ehtimalını tam istisna etmir.
Trend xəbər verir ki, bu
barədə ABŞ-ın dövlət katibi Marko Rubio açıqlama verib.
“Hələlik heç bir silah yönləndirilməyib, lakin belə bir addımın
atılması mümkündür”, – deyə Rubio bildirib.
O qeyd edib ki, söhbət ABŞ-a məxsus silahlardan gedir və
Vaşinqton lazım gələrsə, onları öz milli maraqlarına uyğun şəkildə
istifadə edə bilər.
“Bu silahlar bizə məxsusdur. Hərbi zərurət yaranarsa,
ehtiyatların bərpası və ya milli maraqlarımızın təmin olunması üçün
istifadə etməkdə hər zaman üstünlük bizdə olacaq”, – deyə o
vurğulayıb.
Rubio əlavə edib ki, hazırda Ukraynaya silah tədarükü davam edir
və bu proses dayandırılmayıb.

