
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Azərbaycanda debet kartlarından
istifadə etməklə həyata keçirilən əməliyyatların sayı 205,3 milyon
ədəd təşkil edib, onların ümumi həcmi isə 10,573 milyard manata
çatıb.
Trend Bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə
müqayisədə əməliyyatların sayı 39,4 milyon və ya 23,8% artıb,
onların ümumi həcmi isə 1,056 milyard manat və ya 11,1%
yüksəlib.
2025-ci ilin yanvar ayında debet kartları ilə həyata keçirilən
əməliyyatların sayı 165,8 milyon, onların ümumi həcmi isə 9,517
milyard manat olub.
Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata görə,
Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilə
dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176
min artaraq 22 milyon 156 min ədəd təşkil edib.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%
artıb.

