Bakı. Trend:
Fransanın cənubunda, Antib şəhərində yerləşən məktəbdən təxminən
1 200 nəfər təxliyə olunub.
Trend xəbər verir
ki, bu barədə “Nice-Matin” qəzeti məlumat yayıb.
Bildirilib ki, polis məktəbin əməkdaşlarını və şagirdlərini
sındırılmış hesab vasitəsilə “Pronote” proqramında yayılan
bildirişdən sonra təxliyə edib.
Aparılan yoxlamalar zamanı məktəb ərazisində hər hansı
partlayıcı qurğu aşkarlanmayıb.
“Nice-Matin” qeyd edir ki, Antib şəhərində bu, bomba ilə bağlı
yalan məlumat səbəbindən həyata keçirilən ikinci təxliyə
hadisəsidir. Belə ki, fevralın 5-də şəhərin digər məktəbindən 500
nəfər təxliyə edilmişdi.

