Tokio Pekini Yaponiya qırıcı təyyarələrinə radarları yönəldirməkdə ittiham edib

Baş səhifə

Bakı. Trend:

Çinə məxsus “J-15” qırıcı təyyarəsi dəfələrlə Yaponiya hərbi
təyyarələri istiqamətində radarları yönəldirib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya müdafiə naziri
Sindziro Koidzumi bildirib.

Məlumata əsasən, hadisə dekabrın 6-da Yaponiyanın Okinava
adasının cənub-şərqindəki beynəlxalq sular üzərində iki dəfə baş
verib.




“Bu hallar uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri
olanlardan kənara çıxan təhlükəli hərəkətləri nümayiş etdirir”, –
deyə nazir qeyd edib.

Tokio Çin tərəfinə sərt etirazını bildirib və bu cür hadisələrin
təkrarlanmasına yol verilməməsini tələb edib.