Bakı. Trend:
ABŞ hökuməti Avropanı xəbərdar edib ki, əgər Vaşinqtonun
Avropadakı müttəfiqləri 2027-ci ilə qədər blokun müdafiə
xərclərinin daha böyük hissəsini öz üzərlərinə götürməsələr, ölkə
NATO-nun bəzi müdafiə əlaqələndirmə mexanizmlərində iştirakını
dayandıra bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Amerika tərəfinin bu mesajı bu həftə
Vaşinqtonda NATO üzrə fəaliyyətə nəzarət edən Pentaqon
əməkdaşlarının iştirakı ilə keçirilən görüş zamanı Avropa
diplomatlarına çatdırılıb.
Pentaqon nümayəndələri bildiriblər ki, ABŞ hələlik Avropanın öz
müdafiə imkanlarını gücləndirmək sahəsində əldə etdiyi nəticələrdən
razı deyil. Onların sözlərinə görə, əgər Avropalı müttəfiqlər
müəyyən edilmiş müddətə — 2027-ci ilə qədər öhdəlikləri yerinə
yetirməsələr, Vaşinqton alyansın bəzi müdafiə koordinaisya
mexanizmlərində iştirakdan çəkiləcək.

