“Dərhal buraxılış” sistemi tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac
əməliyyatları üzrə “Dərhal buraxılış” sistemi tətbiq ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini
tapıb.




Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə
birgə etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac
əməliyyatları üzrə “Dərhal buraxılış” sisteminin tətbiqi ilə
əlaqədar normativ hüquqi bazanın formalaşdırılması, “Dərhal
buraxılış” sisteminin tətbiqi üçün texniki və idarəetmə
infrastrukturunun formalaşdırılması, “Dərhal buraxılış” sisteminin
tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun
formalaşdırılması, “Dərhal buraxılış” sisteminin tam istifadəyə
verilməsini həyata keçirəcək.