Papoyan İstanbulda Azərbaycan kənd təsərrüfatı naziri ilə görüşüb

Baş səhifə
Papoyan İstanbulda Azərbaycan kənd təsərrüfatı naziri ilə görüşüb

Ermənistan iqtisadiyyat naziri Gevork Papoyan noyabrın 28-də İstanbulda (Türkiyə) keçirilən “Zero Waste Forum” ümumdünya konfransı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla qısa söhbət aparıb.

“Report”un məlumatına görə, bu barədə Papoyan sosial şəbəkələrdə yazıb.

Tədbir zamanı o, həmçinin Türkiyə, İran, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə qısa söhbətlər edib.