Qlobal İİV mübarizəsində maliyyə böhranı: Beynəlxalq yardım kəskin azalıb

Baş səhifə

Bakı. Trend:

İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) mübarizə üzrə qlobal
səylər sahəsində son onilliklərin ən ciddi böhranı müşahidə
olunur.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, beynəlxalq maliyyələşdirmənin azalmasının hansı
genişmiqyaslı nəticələrə gətirib çıxardığı təhlil edilir.




BMT-nin mətbuat xidmətinin məlumatına görə, ilk növbədə zərbə
İİV-in ən çox yayıldığı aşağı və orta gəlirli ölkələrə dəyib.

UNAİDS-in məlumatına görə, hazırda 40,8 milyon insan İİV-lə
yaşayır. 2024-cü ildə 1,3 milyon yeni yoluxma qeydə alınıb, 9,2
milyon insan isə hələ də müalicə almır.

2025-ci ildə beynəlxalq yardımın kəskin azalması İİV-lə mübarizə
sahəsində vəsait çatışmazlığını daha da dərinləşdirib. İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qiymətləndirmələrinə
əsasən, 2025-ci ildə səhiyyə sistemlərinə göstərilən xarici yardım
2023-cü illə müqayisədə 30–40 faiz azalıb ki, bu da onların
fəaliyyətində artıq ciddi pozuntulara səbəb olub.