“Dövlət və özəl tibb müəssisələrində əməliyyatların sayı artıb” –

Baş səhifə

“Ümumi dövlət və özəl tibb müəssisələri üzrə icra olunan əməliyyat və prosedurların sayı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 5% artaraq 571 449-a çatıb”.

Metbuat.az xəbər verir ki, bunu Gəncə şəhərində media nümayəndələri üçün təşkil edilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

2024-cü ilin eyni dövründə bu rəqəm 542 516 təşkil edib.

Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyat növləri:

  • Ginekologiya əməliyyatları
  • Urologiya əməliyyatları
  • Oftalmologiya əməliyyatları

Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri:

  • Sabunçu Tibb Mərkəzi
  • Sumqayıt Tibb Mərkəzi
  • Yeni Klinika
  • Gəncə Birləşmiş Şəhər Xəstəxanası
  • Mərkəzi Neftçilər Xəstəxanası

Tibbi müraciətlər və sığorta əhatəsi

Səhiyyə statistikası göstərir ki, tibb müəssisələrinə edilən müraciətlərin sayı da artıb:

Müraciət sayı: 2025-ci ilin ilk 10 ayında tibbi müraciətlərin sayı 20 879 657 təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14% artım deməkdir.

Tibb işçilərinin sayı: Tibb işçilərinin sayında 12% artım qeydə alınıb.

İcbari Tibbi Sığorta: Təqdimatda bildirilib ki, əhalinin 50%-i artıq icbari tibbi sığortadan yararlanır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.