Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib

Baş səhifə
Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə “Napoli”yə qarşı matçda zədələnən “Qarabağ”ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Report”a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçinin bugün aparılan müayinələr nəticəsində vəziyyətinin normal olduğu bəlli olub.