Avropa Parlamenti hərbi qabiliyyətləri gücləndirmək üçün ilk müdafiə sənayesi proqramını təsdiqləyib

Baş səhifə

Avropa Parlamenti bu gün tarixində Avropanın ilk Müdafiə Sənayesi Proqramı təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirlir ki, bu tarixi təşəbbüs Aİ-nin müdafiə qabiliyyətlərini gücləndirməyi və Ukraynanın müdafiə sənayesinə dəstək verməyi hədəfləyir.

Aİ Şurası ilə qeyri-rəsmi razılaşdırılan qanun layihəsi 1,5 milyard avroluq büdcə ayırır ki, bunun 300 milyon avrosu Ukrayna dəstək üçün nəzərdə tutulub.

Avropa Parlamentindəki plenar iclasda çıxış edən AB Müdafiə Komissarı Andrius Kubilius sənədin “müdafiə hazırlığı üçün qabaqcıl bir proqram” olaraq təsvir edib.

O əlavə edib ki, proqram “böhranlara cavab tədbirləri üçün bir alət qutusu” təqdim edir və bu, müdafiə məhsullarına etibarlı çıxışı təmin etməklə Aİ üzrə təchizat təhlükəsizliyini gücləndirəcək.